Rusiya Dövlət Duması fevralın 14-də “Donetsk” və “luqansk xalq respublikaları”nın (“dxr” və “ldr”) tanınmasının zəruriliyi ilə bağlı müraciət layihəsinə baxacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Bu gün iki təklif var: birincisi, “dnr” və “lnr”in dərhal tanınmasının zəruriliyilə əlaqədar Rusiya prezidentinə müraciətlə bağlı qərar layihəsinə baxılması, ikincisi, rəy almaq üçün bu müraciətin əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinə və digər hökumət strukturlarına göndərilməsidir”, – Volodin bildirib.