Rusiya “DXR” və “LXR”-i tanımağa hazırlaşır – WarGonzo gizli layihəni çap etdi

15-02-2022, 00:02           
Rusiya “DXR” və “LXR”-i tanımağa hazırlaşır –
“Vahid Rusiya”nın deputatları Artem Turov və Viktor Vodolatski DXR və LXR-nin tanınması ilə bağlı qətnamə layihəsi hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə WarGonzo teleqram kanalı yazıb.
Daha bir layihənin Kommunist Partiyası tərəfindən hazırlandığı qeyd edilir. Bazar ertəsi hər iki qətnamə Dumanın şurasına təqdim edilib və fevralın 15-də onlara plenar iclasda baxılacaq.
Kanalın dərc etdiyi VR sənədində “Donetsk və Luqansk Xalq Respublikaları”nın tanınmasının zəruriliyi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət etmək qərarı ilə bağlı Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılması təklif edilir.
Daha əvvəl bildirilmişdi ki, Dumanın MDB işləri üzrə Komitəsi özünü elan edən DXR və LXR-in tanınması təklifi ilə prezidentə müraciət etmək üçün qətnamə variantlarını müzakirə edib. Mənbənin sözlərinə görə, komitə üzvləri sənədin iki variantının dəstəklənməsinə səs veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru