G7 ölkələrindən Rusiyaya xəbərdarlıq: Buna hazırıq!

15-02-2022, 08:26           
G7 ölkələrindən Rusiyaya xəbərdarlıq:
Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi gücünün davamlı şəkildə artırılması ciddi narahatlıq doğurur. Biz, G7-nin maliyyə nazirləri Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün tez və qətiyyətlə hərəkət etməyə hazır olduğumuzu vurğulayırıq.

Turkustan.az xəbər verir ki, bu barədə G7-nin maliyyə nazirlərinin Rusiyaya qarşı iqtisadi nəticələrlə bağlı xəbərdarlıq bəyanatında bildirilib.

“Rusiyanın Ukraynaya qarşı hər hansı növbəti hərbi təcavüzü sürətli, koordinasiyalı və iradəli cavabla qarşılanacaq.

Biz Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı və dərhal nəticələrə malik olacaq iqtisadi və maliyyə sanksiyalarını kollektiv şəkildə tətbiq etməyə hazırıq”, - nazirlərin birgə bəyanatında qeyd olunub. /axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru