Putin qoşunu geri çəksədə Kiyevə təzyiq alətini gündəmdə saxlayır...

15-02-2022, 16:44           
Putin qoşunu geri çəksədə Kiyevə təzyiq alətini gündəmdə saxlayır...
Rusiya prezidenti Vladimir Putin Qərb liderlərindən aldığı müxtəlif xəbərdarlıqlar qarşılığında Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməyə qərar veribsə, Dövlət Duması nədən Donbass separatçılarını tanımaq məqsədilə Kreml sahibinə müraciət edib? Bəllidir ki, Dövlət Dumasında çoxluq Putinin nəzarəti altındadır. Deməli, Dövlət Duması məhz Kremlı sahibinin istəyi ilə “separatçıların tanınması müraciətinin” məhz fevralın 15-də ona təqdim edilməsini təşkil edib. Kreml sahibinin məqsədi
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir.
1) Qərbin təzyiqləri qarşısında tam güzəştə getmədiyini göstərmək;
2) Ukraynaya qarşı təzyiqi “separatçıları tanıyaram ha...” formasında davam etdirməkdən ibarətdir.
Putin “demokl qılıncını” Kiyevin başı üzərində saxlayacaq. Onun separatçıları rəsmən tanıması Minsk razılaşmalarından çıxması anlamına gələcək. Putin hazırda bu addımı atmaq istəmir, çünki özü Kiyevdən həmin razılaşmaların yerinə yetirilməsini tələb edir. Ancaq Kreml sahibi “separatçıları tanıya biləcəyi” alətini daima əlində saxlayacaq ki, istənilən an ondan istifadə edə bilsin.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.