İki liderdən dünyaya XƏBƏRDARLIQ: "Yaxın saatlarda ayıq-sayıq olun"

16-02-2022, 08:05           
İki liderdən dünyaya XƏBƏRDARLIQ:
Böyük Britaniyanın baş naziri Boris Consonla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında telefon danışığı baş tutub

Bu barədə Baş nazirin Dauninq-strit 10 ünvanında yerləşən ofisinin yaydığı bəyanatda deyilir.

“Ukrayna sərhədindəki ağır vəziyyəti müzakirə edib və dünyanın yaxın saatlarda və günlərdə ayıq-sayıq qalması ilə bağlı razılığa gəliblər. Baş nazir bu günə qədər sanksiyalar məsələsində yaxın əməkdaşlığa görə sədr Ursula fon der Lyayenə təşəkkür edib və bildirib ki, Böyük Britaniya və Avropa İttifaqı Ukraynanın suverenliyini pozarsa, Rusiyanı cəzalandıracaq iqtisadi tədbirlər paketi üzərində müttəfiqlərlə işləməyə davam etməlidir”, - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru