RUSİYA ORDUSU UKRAYNA SƏRHƏDİNDƏN GERİ ÇƏKİLİR? – Putin və Şolzdan vacib açıqlamalar: “Biz danışıqlara hazırıq”

16-02-2022, 08:15           
RUSİYA ORDUSU UKRAYNA SƏRHƏDİNDƏN GERİ ÇƏKİLİR? –
Almaniya kansleri Olaf Şolzu Moskvada qarşılayan Rusiya prezidenti Vladimir Putin bölgədəki böhranla bağlı açıqlamalar verib. Qafqaz.media xəbər verir ki, görüşdən sonra kameralar qarşısına keçən Putin “Rusiyanın təklifləri yerinə yetirilmədi” desə də, yekunda “Biz danışıqlara hazırıq” mesajını verib.

Bəzi hərbi hissələrin bölgəni tərk etməsi ilə bağlı məlumatı da təsdiqləyən Putin, "Təlimlər keçirən əsgərlərimiz bölgədən geri çəkilir", - deyə bildirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı gərginliyi azaltmaq üçün bölgəyə gedən Almaniya kansleri Olaf Şolz dünən Ukraynaya, bu gün isə Moskvaya səfər edib.

Rusiyanın paytaxtı Moskvada rəsmi mərasimlə qarşılanan Şolz Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra hər iki lider kameralar qarşısına keçib.

“NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair gözləntilərimizi çatdırdıq” deyən Putin və bu ifadələri işlədib:

"NATO-nun müqaviləsində deyilmir ki, yeni üzvlər qəbul etməyə məcburdur. Rusiyanın tələbləri NATO və digər tərəflər tərəfindən yerinə yetirilməyib. Müzakirə etməyimiz lazım olan bəzi ideyalar var və biz bəzi təkliflər vermişik".

Şərqi Ukrayna üçün xüsusi status tələblərinin olduğunu vurğulayan Putin, "Ukraynanın coğrafi inteqrasiyasının danışıqlar yolu ilə üzə çıxarılması çağırışımıza da məhəl qoyulmadı", - deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.