Baydenin çıxışı gözlənilir - UKRAYNADAKI VƏZİYYƏTLƏ BAĞLI

16-02-2022, 00:06           
Baydenin çıxışı gözlənilir -
ABŞ prezidenti Co Bayden Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edəcək. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezident qısa şərhlə çıxış edəcək. ABŞ hər zaman olduğu kimi yüksək səviyyəli diplomatiyaya hazırdır.

Baydenin çıxışı saat 15.30-da (Bakı vaxtı ilə 16 fevral 00.30) başlayacaq.

“Prezident qısa şərhlər, Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. Bu, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq qaldığını və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu bir daha təsdiq edəcək”, - Ağ evin məlumatında deyilir.

“ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanır, lakin istənilən ssenariyə hazırdır”, - Ağ ev əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru