"Qarabağda kibbutzların yaradılmasına dair təklif vermişik" - İsrail səfiri

17-02-2022, 00:01           
"Qarabağda kibbutzların yaradılmasına dair təklif vermişik" - İsrail səfiri
“Azərbaycan tərəfinin bizi dəvət edəcəyi bütün layihələrə töhfə verməyə hazırıq”.

Bunu “Report”a eksklüziv müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dek deyib.

Səfir su ehtiyatlarının idarəçiliyi, kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, səhiyyə, “ağıllı şəhərlər” kimi sahələrdə təcrübələrini bölüşməyə hazır olduqlarını dilə gətirib.

Qarabağda icra edilən bərpa və yenidənqurma layihələrində İsrail şirkətlərinin yaxından iştirak etdiyini bildirən diplomat, həmçinin azad edilmiş ərazilərdə kibbutzların (İsraildə kollektiv icma növü-red) tikintisinə dair də Azərbaycan hökumətinə təkliflər göndərdiklərini deyib.

Səfir, həmçinin Zəngilanda heyvandarlıq, Ağdamda su təchizatı, enerji və başqa bölgələrdə də bərpa olunan enerji ilə bağlı layihələr olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru