“Qarabağ prezidentinə Azərbaycanda deyil, Ermənistanda ittiham irəli sürülməlidir”
17-02-2022, 08:08
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı şəxsən təhqir edir, sonuncu isə susur.
Bunu fevralın 16-da jurnalistlərlə görüşündə Ermənistan müxalifət blokundan olan deputat Andranik Tevanyan deyib.
Üstəlik, deputatın qeyd etdiyi kimi, Əliyev o qədər cəzasızdır ki, o, artıq "Dağlıq Qarabağ Respublikası"nın hazırkı "prezidenti" Arayik Arutyunyana qarşı cinayət işi qaldıracağı ilə hədələyir. Onu terrorda ittiham etmək istəyirlər.
“Arutyunyana yardımın Ermənistan tərəfindən göstərildiyi bildirilir. Bununla bağlı bizim ərazimizdə antiterror xüsusi əməliyyatı keçirmək hüququnu özündə saxlayırlar. Arayik Arutyunyan haqqında mənim fikrimi bilirsiniz. Bu, yumşaq desək, çox mənfidir. Əgər indiyə qədər intihar etməyibsə, deməli, özünə hörməti yoxdur. Onun yerində normal adam çoxdan silah götürüb özünü vurardı. Yaxşı, ən pis halda təqaüdə çıxmalı idi. Buna baxmayaraq, nə olursa olsun, bu, bizim cinayətkarımızdır və onunla Azərbaycan yox, biz məşğul olmalıyıq”, - Tevanyan bildirib.