Kiyev Dumanın qərarına görə BMT TŞ-yə müraciət etdi

17-02-2022, 09:36           
Kiyev Dumanın qərarına görə BMT TŞ-yə müraciət etdi
Donetskin “müstəqilliyi”nin tanınması qərarının müzakirəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmi şəkildə müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tvitter səhifəsində yazıb.

O bildirib ki, Dumanın bu qərarı Minsk razılaşmasını və münaqişənin sülh yolu həlli prosesini pozur:

“Minsk razılaşmasının icrasına dair 17 fevralda keçiriləcək görüşdə bu məsələni nəzərdən keçirməyə çağırırıq”.

Qeyd edək ki, Dövlət Duması Donetsk və Luqanskın "müstəqilliyi"nin tanınması ilə bağlı qanun layihəsinə səs verib. Sənəd artıq Putinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru