Rusiya Ukraynadan güclüdür, ancaq ABŞ-ın siyasi ağlı...

18-02-2022, 10:35           
Rusiya Ukraynadan güclüdür, ancaq ABŞ-ın siyasi ağlı...
Tərəflərin geri addım atmaması gələcək baxımından daha kritik bir mərhələdən keçdiyimizin xəbərçisidir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə mütəxəssisi Abdullah Ağar Ukrayna ətrafında baş verən prosesləri şərh edərkən deyib.

Ağarın sözlərinə görə, Ukrayna üzərində böyük geosiyasi oyunlar oynanılır və bölgədə baş verə biləcək müharibənin bütün dünya üçün fəlakətli nəticələri ola bilər:

“Hazırkı mərhələdə Ukrayna üzərində qlobal səviyyədə geosiyasi oyun oynanılır. Proseslər beynəlxalq münasibətlər tarixində “dost” və “düşmən ölkələr” kimi çox maraqlı anlayışların ortaya çıxmasına səbəb olub. Tərəflər geri addım atmır. Yüz minlərlə insanın ölümünə səbəb olacaq müharibənin başlamaması üçün gərginliyin azaldılmasına ehtiyac var. Rusiya böhranın tənzimlənməsi prosesində Almaniya, İngiltərə və Fransanın üzünə qapıları bağlayıb. Mövcud vəziyyət Türkiyənin vasitəçi olmaq şansını artırır. Bütün hallarda mütləq şəkildə Rusiyanın qlobal geosiyasi rəqabətdə gücü dəqiqləşdirilməlidir. ABŞ vəkalət müharibəsi ilə Rusiyanı etibarsızlaşdırmağa çalışır. Təməl hərbi parametrlər və Ukraynanın demoqrafik quruluşu ilə müqayisədə Rusiya daha güclü görüntü verir. Lakin Amerikanın siyasi ağlını arxa plana atmaq, görməzdən gəlmək olmaz. Rusiya hansısa bir mümkün müharibədə qələbə qazansa da, sonra çıxılmaz vəziyyətə düşə bilər. Sadə insanlar isə vəkalət müharibələrindən çox yorulub və bir-birilərinə düşmən kəsiliblər. Əgər müharibə olsa, onun sərhədləri Ukrayna ilə məhdudlaşmayacaq. Meydana gələcək müharibə kütləviləşə və daha ağır nəticələr doğura bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.