Rusiyanın Ukraynaya hücumu bir milyon qaçqın axınına səbəb olacaq - Aİ

18-02-2022, 12:24           
Rusiyanın Ukraynaya hücumu bir milyon qaçqın axınına səbəb olacaq - Aİ
"Rusiyanın Ukraynaya müdaxiləsi halında bir milyondan çox qaçqın Avropa İttifaqı ərazisinə axışa bilər. Onlardan Belarusda olduğu kimi Aİ-yə təzyiq vasitəsi kimi istifadə olunması mümkündür". AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti prezidenti Marqaritis Sxinas deyb.

"Müxtəlif hesablamalara görə, 20 mindən bir milyona qədər insan gələ bilər. Aİ əhəmiyyətli humanitar yardımı səfərbər etməyə və onları mülki müdafiə ilə təmin etməyə hazırdır”, - o söyləyib.

Sxinas Ukraynada 20 min Aİ ölkələrinin vətəndaşının yaşadığına və əlavə olaraq, Aİ ilə bağlılığı olan eyni dərəcədə böyük bir qrupun olduğuna diqqət çəkib.

Avropa komissarı qeyd edib ki, qaçqınlar "instrumentallaşdırıla” və Avropa İttifaqına təzyiq vasitəsi kimi istifadə edilə bilər, çünki bu, Belarusdan Avropaya miqrantların tranziti ilə baş vermişdi.

Ehtimal olunur ki, Rusiyanın işğalı halında ukraynalı qaçqınlar ilk olaraq Ukrayna ilə 535 kilometr həmsərhəd olan Polşaya gələ bilərlər. Polşa hökuməti artıq bəyan edib ki, bir milyona qədər ukraynalı qaçqının sərhədi keçməsi ssenarisinə hazırlaşır.

Hazırda Polşada 1,5 milyon ukraynalının yaşadığı təxmin edilir, lakin onlardan yalnız 300 mini ölkədə rəsmi qeydiyyatdadır. Bundan əlavə, Krımın Rusiya tərəfindən ilhaqından və 2014-cü ildə Ukraynanın şərqində müharibə başlayandan bəri ölkədə 1,5 milyona yaxın məcburi köçkün qeydiyyatdadır. "AFP" yazır ki, Rusiyanın işğalı halında, daha milyonlarla ukraynalı onlara qoşula bilər.

Pərvanə Sultanova
Azvision.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.