Ukrayna, Polşa və Britaniyanın yaratdığı ittifaqa Rusiyadan REAKSİYA

19-02-2022, 08:28           
Ukrayna, Polşa və Britaniyanın yaratdığı ittifaqa Rusiyadan REAKSİYA
Böyük Britaniya, Polşa və Ukraynanın üçtərəfli ittifaqı bir anlıqdır, çünki bu ölkələrin maraqlarına cavab vermir.

Bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib:

“Bunlar hamısı o qədər sünidir ki. Böyük Britaniya, Polşa və Ukrayna arasında qarşılıqlı əlaqənin əsas - iqtisadi bünövrəsini görmürəm. Onun üzərində başqa siyasi əlaqələr, o cümlədən hərbi əlaqələr qurmaq olar”.

Onun sözlərinə görə, “xüsusən də digər Avropa dövlətlərinin başçıları üzərində istənilən üçtərəfli ittifaqları elan etmək olar”.

“Ancaq mənə elə gəlir ki, bu, elə bir anlıq, konyunktur, təhlükəsizlik ehtiyaclarına cavab verməyən quruluşdur. O, bir müddət ağıllarda qalacaq, amma çox qalmayacaq”, - Kelin bildirib.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru