Rusiya Donetski minalayır, Kiyev isə hücum hazırlanmadığını deyir

19-02-2022, 09:36           
Rusiya Donetski minalayır, Kiyev isə hücum hazırlanmadığını deyir
Ukraynanın hərbi-siyasi rəhbərliyi Donbassda hücum əməliyyatları planlaşdırmır. Bunu cümə günü Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

“Ukraynanın hərbi-siyasi rəhbərliyi ölkənin şərqində hücum əməliyyatlarını planlaşdırmır. Əraziləri işğaldan azad etmək üçün bizim üçün yeganə məqbul variant siyasi-diplomatikdir”, – o, Facebook-da videomüraciətində bildirib.

Bu arada, Ukrayna kəşfiyyatı Rusiya xüsusi xidmət orqanlarının işğal edilmiş Donetskdə bir sıra sosial obyektləri minaladığı barədə məlumat əldə edib. Kəşfiyyat qeyd edir ki, işğalçıların məqsədi vəziyyəti gərginləşdirmək və Ukraynanı terror aktlarında ittiham etmək üçün zəmin hazırlamaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.