Rusiya ilə ABŞ elə bir müharibəyə başlayar ki... - Qabbard
19-02-2022, 10:53
Vaşinqtonun Moskvaya qarşı hərəkətləri idarəolunmaz müharibəyə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Havay əyalətindən keçmiş üzvü Tulsi Qabbard deyib.
“Rusiya ilə prezidentin (Co Bayden - red.) səhnələşdirdiyi qarşıdurma inflyasiyanın və yanacağın qiymətinin artmasına gətirib çıxarır. ABŞ və tərəfdaşları sanksiyalar tətbiq edərsə, vəziyyət pisləşməyə davam edəcək”, - Qabbard qeyd edib.