Zelenski Ukrayna, Almaniya və Türkiyə ilə BMT TŞ sammitinin keçirilməsini təklif edib

20-02-2022, 00:01           
Zelenski Ukrayna, Almaniya və Türkiyə ilə BMT TŞ sammitinin keçirilməsini təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını təklif edib. AzVision.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o bu barədə şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib.

"Mən yaxın həftələrdə Avropada təhlükəsizlik problemlərinin həlli üçün Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlərin sammitini çağırmağı təklif edirəm", - Zelenski qeyd edib.

Bundan əlavə, Ukrayna Prezidentinin sözlərinə görə, o, BMT Təhlükəsizlik Şurasına Ukrayna üçün yeni, effektiv təhlükəsizlik təminatları hazırlamağı təklif edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru