ABŞ Rusiya banklarından əməliyyatlara qadağa qoymaq istəyir - BAŞLANDI!

21-02-2022, 10:17           
ABŞ Rusiya banklarından əməliyyatlara qadağa qoymaq istəyir - BAŞLANDI!
ABŞ Rusiya banklarından edilən əməliyyatların emalına qadağa qoymaq niyyətindədir. DİA.AZ APA-ya istinadən xəbər verir ki, bununla bağlı ABŞ administrasiyası Rusiyaya qarşı ilkin sanksiyalar paketi hazırlayıb.

Paketin əsas müddəalarından ən əsası iri Rusiya banklarından əməliyyatlara qadağa qoyulmasıdır.

Məhdudiyyətlər Rusiyanın Ukrayna ərazisində başlatdığı hərbi təlimlərə görə tətbiq olunur.

Beynəlxalq maliyyə qurumlarına Rusiya kredit təşkilatlarının əməliyyatlarının emalını qadağan etmək təklif olunur. Beləliklə, Rusiya Federasiyasının bankları beynəlxalq maliyyə bazarından faktiki olaraq təcrid edilə bilər.

Sanksiyalarla üzləşəcək Rusiya banklarının adı isə açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru