Rusiyanın məşhur ölüm timi “Vaqner” Donbasa girdi…

21-02-2022, 10:55           
Rusiyanın məşhur ölüm timi “Vaqner” Donbasa girdi…
Rusiya muzdlu qruplaşması “Vaqner”i partlayışların və şiddətli toqquşmaların baş verdiyi Donbasa göndərib.

Bu barədə məlumat yayan “BuzzFeedNews” Ukrayna kəşfiyyatına istinadən iddia edir ki, “Vaqner” muzdlu qrupu Donbasa girib.

“Vaqner” qrupu Moskvanın gizli və qeyri-qanuni əməliyyatlar aparan hərbi qüvvəsi kimi tanınır, baxmayaraq ki, onun mövcudluğu Moskva tərəfindən rəsmən etiraf edilmir.

Son zamanlar adı Rusiyanın təsir zonalarında, xüsusilə Suriya və Liviyada tez-tez səslənən Vaqnerin əməliyyatları diqqət çəkir.

İlk dəfə 2015-ci ildə adı hallandıran “Vaqner” muzdlularının sayının 3 minə yaxın olduğu bildirilir.

“Vaqner” qrupunun Donbasa girdiyi bir vaxtda, Ukraynanın şərqində gərginliyin daha da artdığı və tez-tez silahlı toqquşmaların baş verdiyi diqqət çəkir. Rusiya mətbuatında isə əsasən Ukraynaya qarşı xəbərlər önə çıxır və Rusiyayönlü separatçıların Donbasdakı hücum-təxribatlarından bəhs edilmir.

“İzvestiya” qəzeti Donbasın Pionerski kəndini ələ keçirmək istəyən Ukrayna ordusu ilə rusiyayönlü separatçılar arasında toqquşma baş verdiyini yazır. Sputnik isə bildirir ki, cəbhə xəttində hücuma cəhd edən Ukrayna ordusu rusiyapərəst separatçılar tərəfindən dayandırılıb.

Bununla yanaşı separatçıların olduğu bölgələrdən mülki insanlar Rusiyaya təxliyə edilir.

Tahir TAĞIYEV
bakixeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru