Putin Makron və Şoltza tezliklə "dxr" və "lxr"i tanıyan fərmanı imzalayacağını bildirib

22-02-2022, 08:05           
Putin Makron və Şoltza tezliklə "dxr" və "lxr"i tanıyan fərmanı imzalayacağını bildirib
Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltzla telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Putin Fransa və Almaniya liderlərini Dövlət Dumasının"dxr"in tanınması ilə bağlı qəbul etdiyi qətnamə kontekstində Donbass ətrafında mövcud vəziyyəti nəzərdən keçirən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasının nəticələri barədə məlumatlandırıb.

“Bütün bunları nəzərə alaraq, Rusiya prezidenti yaxın vaxtlarda müvafiq sərəncam imzalamaq niyyətində olduğunu bildirib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Fransa prezidenti və Almaniya kansleri hadisələrin “bu cür inkişafından məyus olduqlarını” dilə gətiriblər.

Eyni zamanda, onlar təmasları davam etdirməyə hazır olduqlarını bildiriblər.( TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru