Putin silahlı qüvvələrə qondarma DXR və LXR-də sülhü təmin etməyi tapşırıb

22-02-2022, 09:41           
Putin silahlı qüvvələrə qondarma DXR və LXR-də sülhü təmin etməyi tapşırıb
Vladimir Putin Rusiya Federasiyasının silahlı qüvvələrinə qondarma DXR və LXR-də sülhün qorunmasını təmin etməyi tapşırıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

“Luqansk Xalq Respublikası rəhbərinin Rusiya Federasiyasının Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, bu fərmanın 3-cü bəndində göstərilən saziş bağlanana qədər Rusiya Federasiyası Silahlı Qüvvələri Luqansk Xalq Respublikasının ərazisində sülhün qorunmasını təmin etsin”, - LXR haqqında fərmanın 4-cü bəndində deyilir.

Qeyd edək ki, DXR haqqında fərmanda da oxşar bənd var.

Bundan əlavə, Prezident Rusiya Xarici İşlər Nazirliyinə qondarma DXR və LXR ilə diplomatik münasibətlərin qurulması, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında danışıqlar aparmağı tapşırıb. LXR və DXR-in suveren və müstəqil dövlətlər kimi tanıyan fərmanlar çərşənbə axşamı gecə dərc edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru