"Qərb layiq olduğunu aldı"- Alman deputat

22-02-2022, 12:15           
"Qərb layiq olduğunu aldı"- Alman deputat
Qərb NATO-nun genişlənməsi və sözdə müharibənin qızışdırılmasının cavabını aldı. AzVision.az xəbər verir ki, bunu Almaniya Bundestaqının Beynəlxalq Siyasət Komitəsinin üzvü Şteffan Kotre Rusiyanın "Donetsk" və "Luqansk Xalq Respublikaları"nı tanımasını şərh edərkən deyib. - Qərb NATO-nun genişlənməmə siyasəti ilə bağlı müqaviləni pozduğuna və şifahi olaraq müharibəni qızışdırdığına görə layiq olduğunu aldı,-Kotret deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri saydığını söylədi. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru