Rusiya ABŞ səfirini ölkədən qovdu...

3-03-2022, 10:39           
Rusiya ABŞ səfirini ölkədən qovdu...
Rusiya ABŞ-ın Moskvadakı səfirini ölkədən çıxarıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın BMT missiyasında çalışan 12 rusiyalı diplomatın “kəşfiyyat əməkdaşı” olduqlarını əsas gətirərək ölkədən çıxarılacağını açıqlayıb.

ABŞ-ın qərarına cavab verəcəklərini deyən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə ABŞ-ı BMT nizamnaməsindən irəli gələn bütün öhdəlikləri pozmaqda ittiham edib: "BMT missiyasından 12 diplomatımızı ölkədən çıxaran amerikalılar, hərbi sülh əməliyyatları şöbəsində xidmət edən sonuncu zabitimizi də çıxarır".

ABŞ-ın Rusiya Müdafiə Nazirliyinin təyin etdiyi namizədlərə viza vermədiyini deyən Zaxarova Vaşinqtona adekvat cavab veriləcəyini bildirib. Zaxarova deyib ki, bu səbəbdən ABŞ diplomatları Rusiyadan qovula bilər: “Biz yenidən bu tədbirə əl atmaq istəməsək də, Vaşinqtonun təkəbbürlü olması, danışıqlar aparmaq istəməməsi və ya bacarmaması bizə başqa seçim qoymur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru