SABAH RUSİYADA HƏRBİ VƏZİYYƏT ELAN OLUNUR - Kəşfiyyat rəhbərindən sensasion iddia

3-03-2022, 12:52           
SABAH RUSİYADA HƏRBİ VƏZİYYƏT ELAN OLUNUR -
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya ilə bağlı kritik açıqlama verib.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinin martın 4-də ölkədə hərbi vəziyyət elan edəcəyini iddia edib.

“Rusiyada martın 4-dən etibarən hərbi vəziyyət elan ediləcəyini göstərən kəşfiyyat məlumatları var. Rusiyada baş verəcəkləri gördükləri üçün buna reaksiya verəcəklər”, - Danilov qeyd edib.

Kəşfiyyat rəhbəri Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə kütləvi etirazların başlaya biləcəyini dilə gətirib.

Danilov Putinin Ukrayna hücumlarını anlaya bilmədiyini söyləyib:

“Dinc şəhərlərimizi bombalayır, Xarkovu bombalayır, tarixi şəhərləri bombalayır, uşaqları öldürür. Bütün bunları niyə etdiyini anlamıram”.

Xarici işlər naziri Sergey Lavrovun Rusiyanın əsas məqsədinin ölkəni millətçilərdən təmizləmək olduğu ilə bağlı açıqlamalarına cavab verən Danilov deyib: “O zaman deməliyəm ki, ölkədə yaşayan vətəndaşlarımızın 95 faizini öldürməlidirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru