"Uçuşsuz zonanın tətbiqi Rusiya təyyarələri ilə toqquşmanı qaçılmaz edərdi" - Pentaqon rəhbəri

3-03-2022, 12:43           
"Uçuşsuz zonanın tətbiqi Rusiya təyyarələri ilə toqquşmanı qaçılmaz edərdi" -
"Ukrayna üzərində uçuşsuz zonanın elan edilməsi ABŞ-ın Rusiya ilə müharibə təhlükəsi yarada bilərdi".

“Report” xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

“ABŞ Prezidenti Cozef Bayden aydın şəkildə başa saldı ki, ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək. Uçuşsuz zonanın tətbiqi Rusiya təyyarələri ilə toqquşmanı qaçılmaz edərdi. Bu isə bizim üçün Rusiya ilə müharibə təhlükəsi yarada bilərdi”, - o vurğulayıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovun atəşə tutulmasından sonra Qərbin Rusiya raketləri, təyyarələri və helikopterləri üçün uçuşsuz zona yaratmaq barədə düşünməli olduğunu demişdi. NATO-nun Baş katibi Yens Stoltenberq isə alyans qüvvələrinin Ukrayna üzərində uçuşsuz zonanın tətbiqini istisna etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru