Haaqa tribunalı Ukraynada törədilən hərbi cinayətləri araşdırmağa başladı

3-03-2022, 12:52           
Haaqa tribunalı Ukraynada törədilən hərbi cinayətləri araşdırmağa başladı
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində törədilmiş hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri araşdırmağa başlayıb.

Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın bəyanatında bildirilir.

Kərim Xan bəyan edib ki, Ukraynadakı situasiya barədə 39 ölkədən müraciət daxil olub və bu da həmin ölkədə 2013-cü il noyabrın 21-dən etibarən baş verənlərə dair araşdırma başlatmağa imkan yaradıb. Araşdırma həmin vaxtdan bu yana qədər Ukraynanın istənilən hissəsində istənilən şəxslər tərəfindən törədilmiş soyqırım cinayətlərini, insanlıq əleyhinə və hərbi cinayətləri əhatə edəcək.

“Mən Beynəlxalq Cinayət Məhkəməsinin rəhbərliyini situasiyaya dair fəal araşdırma başlatdığım barədə xəbərdar etdim. Bizim işimiz sübutların toplanması ilə başlayıb”, - Kərim Xan deyib.

Onun sözlərinə görə, ilkin analiz Ukraynada Beynəlxalq Cinayət Məhkəməsinin yuridiksiyası altına düşən müharibə cinayətlərinin törədildiyini deməyə əsas verir. Xan obyektiv və müstəqil araşdırma aparacağını vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru