Məşhur erməni sima ölkəsini BİABIR ETDİ: - Şuşada 80 azərbaycanlının başını...

3-03-2022, 12:33           
Məşhur erməni sima ölkəsini BİABIR ETDİ: -
Livan əsilli erməni heykəltaraş Onik Kardaş Birinci Qarabağ müharibəsi və işğal dövründə ermənilərin Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər və vandalizm hərəkətləri ilə bağlı şok faktları açıqlayıb. Teref.az publika.az-a istinadla xəbər verir ki, erməni heykəltaraş 2011-ci ildə Şuşaya köçdüyünü və bir müddət orada gənc heykəltaraşlara dərs dediyini söyləyib.

O, Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi vəhşiliklərlə bağlı cinayətkarların böyük həvəslə ona danışdığı hadisələrdən böyük utanc və xəcalət hissi çəkdiyini deyib:

“İşğal dövründə gördüyüm vəhşiliklərlə barışa bilmirəm. Şuşada çoxlu silahlılarla rastlaşırdım. Sürücüm və cangüdənim həmin yerlərdən idi. Həmin şəxs Şuşada 80 azərbaycanlını qətlə yetirib. Daş parçaları ilə onların başlarını əzib. Sürücümün oğlu tez-tez atasından azərbaycanlıların başını balta ilə necə kəsdiyini söyləməsini xahiş edirdi. O da kabab yeyə-yeyə, böyük həvəslə danışmağa başlayırdı”.

Livan kökənli erməni heykəltaraş söyləyib ki, indi də Ermənistanda və Xankəndidə uşaqlar bu hekayələrlə böyüyürlər:

“İndi də belədir. Ondan xahiş etdim ki, mənim yanımda belə əhvalatlar danışmasın. Ermənilər azərbaycanlıların qəbirlərini elə günə qoyurdular ki, indi bu haqda danışmağa utanıram. Zəngin azərbaycanlıların dəfn edildiyi qəbirləri açırdılar. Onların qızıl dişlərini çıxarırdılar. Sonra da kəllə sümüklərini hara gəldi atırdılar. Yolda, yol kənarında kəllələrə rast gəlirdim. İşğal zamanı Şuşadakı binalarda ərəb əlifbası ilə yazılan yazıları pozurdular, qaşıyıb tökürdülər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.