Nevzorovun bir il əvvəlki proqnozları heyrətə gətirdi: - "Bir həftəyə 5 min "cücə" boğacaqlar"

3-03-2022, 17:05           
Nevzorovun bir il əvvəlki proqnozları heyrətə gətirdi: -
Nevzorovun bir il əvvəlki proqnozları heyrətə gətirdi:
Rusiyalı teleaparıcı və jurnalist Aleksandr Nevzorov hələ 2021-ci ilin aprelində Rusiyanın Ukraynaya hücum edəcəyini qətiyyətlə proqnoz etmişdi. O, bu müharibənin artıq qaçılmaz olduğunu bildirmişdi.
Eyni zamanda qeyd etmişdi ki, bütün variantlarda bu müharibə Rusiya Federasiyası dəhşətli məğlubiyyətlə başa çatacaq. Bu "proqnoz" onun Youtube bloqunda yayımlanmışdı və xəbərin altında onun orijinalını təqdim etmişik.

Nevzorov bilririr ki, Ukrayna ilə müharibə qaçılmazdır. O deyir ki, günah həm də savadsız analitiklərdədir. Onlar boş-boş danışırlar və real müharibənin nə olduğunu bilmirlər. Onun fikrincə, analitiklər yenə iddia edəcəklər ki, öncə tanklar gedib yolu açacaqlar, sonra da rahatlıqla Kiyevi alacağıq. Reallıqda isə Ukrayna ordusu ağlagəlməz şəkildə cavab verəcək.

“Rusiya Federasiyası Müdafiə Nazirliyinin Rusiya ordusunun qondarma təlimləri ilə bağlı yayımladığı videolar öz işini görüb. Hamı Rusiyanın "gücünə" inanıb, lakin bütün bu "təlimlər" xəyalən pianoda ifa etmək kimidir. Kimsə əsl pianonu onların barmaqları altına itələyənə qədər istədiyinizi ifa edə bilərsiniz. O zaman əsl biabırçılıq başlayacaq...

Sonda Ukrayna ilə müharibə Kremlə məğlubiyyət və faciə vəd edir. Bu Rusiya-Ukrayna müharibəsi nəyə oxşayacaq? Hər şey bir neçə diviziyanın itirilməsi ilə başlayacaq... Bu bölmələr mütləq Rusiya aviasiyası tərəfindən müşayiət olunacaq. Cəbhələrdə həmişə olduğu kimi olacaq. Yalnız süpürgə və beldən atəş açmaq təcrübəsi olan çağırışçılar öndə gedəcək, dəliqanlı Ukrayna batalyonları ilk həftədə “bu cücələrin” beş minini boğacaq. Onlar başa düşməyəcəklər ki, buraya kimin yaxtalarını qorumaq üçün gəliblər”,- deyə Nevzorov bildirir.

Jurnalist Rusiya ordusunun reallıqda yarasız kütlə olduğunu deyir. Onun fikrincə, bu ordunun Ukraynaya qarşı müharibə aparmaq gücü yoxdur. Həm şəxsi heyət, həm də texnikanın quru qabıq olduğuna işarə edən Nevzorov ölkəsinin Ukraynada böyük bir rüsvayçılıq yaşayacağını proqnoz edib.

O deyib ki, Ukrayna bütün vasitələrlə - ordu, partizanlar, minalarla mübarizə aparacaq. Sonra Rusiyada narazılıqlar artmağa başlayacaq. İmkanlı oliqarxlar və yüksək vəzifəli zabitlər də narazılıq etməyə başlayacaqlar. Onların arasından Ukraynaya kömək edib öz imicini xilas etməyə çalışanlar da olacaq. O, həmçinin beynəlxalq cəmiyyətin Rusiyaya qarşı necə birləşəcəyini də dəqiq təsvir edib. Nevzorov sonda istehza ilə deyir ki, axırda Rusiya Moskvanı öz hərbçilərindən qorumaq üçün ABŞ-dan piyada qoşunlar istəyəcək.

Juranlistin təxminən bir il əvvəlki proqnozları sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər onun proqnozları qarşısında heyrətlərini gizlədə bilmirlər.

Bizimyol.info













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.