Zelenskinin ofisi: Rusiya ilə danışıqlar ağır keçəcək, amma davam edəcək

4-03-2022, 20:25           
Zelenskinin ofisi:
Rusiya ilə danışıqlar ağır keçəcək, amma davam edəcək.

Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.

“Danışıqlarda Rusiyanın mövqeyi sərtdir, amma Ukraynanın da mövqeyi sərtdir”, – o vurğulayıb.

Podolyak Rusiya tərəfinin tələblərinin məlum olması səbəbindən Ukrayna üçün danışıqların rahat getdiyini əlavə edib.

O, Qərb ölkələrinin Ukraynanın danışıqlar prosesindəki mövqeyini dəstəklədiklərini də qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru