AMİP: «Elmira Axundova Ukraynadakı soydaşlarımızı təhqir etdi»

5-03-2022, 00:04           
AMİP: «Elmira Axundova Ukraynadakı soydaşlarımızı təhqir etdi»
Ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova Azərbaycan vətəndaşlarını təhqir edib.

Ovqat.com-un məlumatına görə, AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov facebook səhifəsində paylaşdığı statusunda bu iddianı irəli sürüb.

AMİP yetkilisinin statusunu olduğu kimi təqdim edirik:

«Məlum olduğu kimi Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova müharibə başlayan kimi Ukraynanı tərk edərək Bakıya qayıtmasının səbəbləri barədə açıqlama verib. Açıqlamanın bəhanələr hissəsi ilə bağlı nəsə deməyə lüzum görmürəm. Çünki dediyim kimi xanım səfirin arqumetnləri bəhanədən başqa bir şey deyil və münasibət bildirməyə belə deyməz. Amma onun bəyanatında soydaşlarımızı aşağılayan və faktiki olaraq Rusiya xüsusi xidmət orqanlarının mövqeyini təsdiqləyən olduqca təhlükəli bir məqam var. E.Axundova deyir ki, “bir çox Azərbaycanlıları yaşadığı illər ərzində Ukrayna vətəndaşlığı alıb, indi isə ondan təcili imtina etmək istəyirlər. Çünki Ukraynada ümumi səfərbərlik elan edilib”. Bu isə Ukraynada yaşayan soydaşlarımızı qorxaqlıqda günühlandırmaq və təhqir etməkdən başqa bir şey deyil.

Digər bir tərəfdən, artıq bir neçə gündür ki, Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan ayrı-ayrı KİV-lər Ukraynada yaşayan ayrı-ayrı millətlərin və xalqların Rusiyaya qarşı döyüşməkdən imtina etdikləri barədə dezinformasiya xarakterli təbliğat aparırlar. İndi eyni mövqenin səfirimiz tərəfindən də elan olunması həmin təbliğatı aparanların çörəyinə yağ sürtməkdir və heç bir halda qəbuledilən sayıla bilməz. XİN rəsmilərinin səfirin bu bəyanatına münasibət bildirməsi lazımdır».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.