Ukraynadan qaçdığı deyilən Zelenskinin yeri açıqlandı - Prezident paytaxt Kiyevdədir...

4-03-2022, 21:05           
Ukraynadan qaçdığı deyilən Zelenskinin yeri açıqlandı - Prezident paytaxt Kiyevdədir...
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəni tərk etdiyi barədə xəbərlər yayılıb.

Teref.az TASS-a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" hesabında V.Zelenskinin Polşaya qaçdığını iddia edib.

Ukrayna Dövlət Xüsusi Rabitə Xidməti deyilənləri təkzib edib, prezidentin Kiyevdə olduğunu açıqlayıb.

“Rus işğalçıları Xerson vilayətində informasiya müharibəsi aparmağa davam edirlər. Bu dəfə onlar Volodimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxtakarlığa əl atıblar. Bu məlumat həqiqətə uyğun deyil. Prezident Kiyevdədir", - deyə vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru