Peskov:"Hələlik hansısa sənədin imzalanması ilə bağlı söhbət yoxdur”

5-03-2022, 00:06           
Peskov:"Hələlik hansısa sənədin imzalanması ilə bağlı söhbət yoxdur”
Kremlin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərlə görüşüb.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, sözçü danışıqların ikinci raundundan bəhs edib:
"Dünən ikinci raund baş tutub. İndi hər şey bu danışıqlardan asılı idi. Nümayəndə heyətləri mövqelərini lazımsız vasitəçilər olmadan bir-birinə izah etmək imkanı əldə edib. Bizim məqsədlərimiz Ukrayna tərəfinin diqqətinə çatdırılıb".

D.Peskov tərəflərin hər hansı ali səviyyəli saziş imzalaması ehtimalı ilə bağlı suala cavab verib:

"Hələlik hər hansı bir sənədin imzalanması ilə bağlı söhbət yoxdur. Baş verən danışıqlar mövcud problemə baxışımızı açıq şəkildə çatdırmaq üçün yaxşı fürsət idi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru