G7 ölkələri Rusiyanı Ukraynada mülki əhali və infrastruktura zərbə vurmaqda ittiham etdi

5-03-2022, 09:53           
G7 ölkələri Rusiyanı Ukraynada mülki əhali və infrastruktura zərbə vurmaqda ittiham etdi
G7 (Böyük Yeddilik) ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) xarici işlər nazirləri Rusiya Federasiyasını qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağırıb.

Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yerləşdirilən bəyanatda bildirilib.

“Rusiya Ukraynaya qarşı dinc əhaliyə mənfi təsir göstərən və mülki infrastrukturu dağıdan uzunmüddətli hücumunu dərhal dayandırmalı və hərbi qüvvələrini dərhal geri çəkməlidir”, - bəyanatda qeyd olunub.

G7 Rusiyanın Ukraynanın mülki əhalisinə və mülki infrastrukturuna, o cümlədən məktəblərə və xəstəxanalara qarşı hücumlarını pisləyib və Rusiyanı insan haqları sahəsində beynəlxalq humanitar hüquqa tam hörmətlə bağlı öhdəliklərinə əməl etməyə çağırıb.

Həmçinin, Böyük Yeddilik Ukraynaya humanitar dəstəyi artırmağa sadiq olduğunu açıqlayıb.

“Biz qətiyyətlə Rusiyanı, xüsusən də Ukraynanın atom elektrik stansiyalarının yaxınlığındakı hücumlarını dayandırmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.