Rusiya iqtisadiyyatını çökdürə biləcək sanksiyalar açıqlandı

5-03-2022, 11:53           
Rusiya iqtisadiyyatını çökdürə biləcək sanksiyalar açıqlandı
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya iqtisadiyyatını çökdürə biləcək sanksiyaların siyahısını açıqlayıb.

Teref.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazirin elan etdiyi sanksiyalar arasında qızıl, neft ticarətinə qadağa və kriptovalyutalara çıxışın məhdudlaşdırılması da var.

Kuleba qeyd edib ki, Aİ, ABŞ və Böyük Britaniyanın sanksiyalarının təzyiqi altında Rusiya iqtisadiyyatı artıq çökməyə başlayıb.

Kuleba Rusiyanı iqtisadi cəhətdən nəhayət bitirmək üçün bu ölkəyə qarşı tətbiq edilməsini istədiyi sanksiyaları da sadalayıb:

"Sanksiya qanunvericiliyindəki boşluqları aradan qaldırmaq üçün daha da tətbiq edilməli olan sanksiyaların konkret siyahısını verdim ki, ruslar bu boşluqları keçə bilməsinlər. Haqqında danışdığım bu sanksiyalar neft ticarətinə, Rusiyanın kriptovalyutalara çıxışına və onların dünyada kiməsə qızıl satmaq imkanı ilə bağlıdır".

O, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyənlərə də müraciət edib və onları qonşu Belarusa getməyi mələhət görüb:

"Xahiş edirəm, Belarusun təmiz havası var, tətilə gedin, orada özünüzə evlər alın, öz kefiniz üçün yaşayın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru