NATO-nun "B-52" nüvə bombardmançıları Ukrayna sərhədinə yaxınlaşdı!..- Gözlənilməz

5-03-2022, 09:48           
NATO-nun "B-52" nüvə bombardmançıları Ukrayna sərhədinə yaxınlaşdı!..- Gözlənilməz
Birləşmiş Ştatlar NATO-nun şərq sərhədlərinə "B-52" bombardmançılarını göndərib və cümə günü, martın 4-də Rumıniya və Almaniya ilə birgə təlimlər keçirib.

Moderator.az xəbər verir ki, bu haqda ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin saytında məlumat yayılıb.

Məlumata görə, bombardmançılar “yaxın hava dəstəyi və inteqrasiya təlimi keçiriblər”.

Bunun ardınca "B-52"-lər Rumıniyaya uçub və orada bombardmançıların tapşırıq qrupunun missiyaları çərçivəsində daha yaxından hava dəstəyi təlimi keçirdilər.

Rumıniyanın hava məkanı üzərindən uçuş bombardmançıları birbaşa Ukraynanın hava məkanına bitişik NATO ölkələrinin yaxınına gətirib.

ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı general Ceff Harriqian deyib: “Birgə təlim NATO-nun müdafiə gücünün rəqibsiz qalmasını təmin edəcək”.

Arayış:

"Boeing B-52"- "Stratofortress" ("Stratosfer qalası") 1955-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin xidmətində olan "Boeing" şirkətinin Amerika strateji qitələrarası bombardmançısıdır.

Təyyarə "B-36" bombardmançısını əvəz edib. 15 kilometrə qədər yüksəklikdə səsdən aşağı sürətlə o, nüvə silahları da daxil olmaqla, müxtəlif növ silahları daşımağa qadirdir. "B-52"-nin hazırlandığı əsas vəzifə iki yüksək məhsuldar termo-nüvə bombasını SSRİ-nin istənilən nöqtəsinə çatdırmaq olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.