"Şeyx Mansur" batalyonu Ukraynada döyüşlərdədir - Çeçenlər ruslardan öc alırlar...

5-03-2022, 11:22           
"Şeyx Mansur" batalyonu Ukraynada döyüşlərdədir - Çeçenlər ruslardan öc alırlar...
Ukraynada ruslara qarşı döyüşənlər arasında çeçenlər də var. Çeçenlər deyir ki, biz Putindən qisas almağa gəlmişik. Əsgərlərimizin sayını deyə bilmərik, amma ilk başladığımızdan 2-3 dəfə çoxuq. Sayımız hər gün artır. Avropadan, Polşadan gələn çeçenlər də var. Çeçenlər Ramazan Kadırovun əsgərlərini çeçen kimi görmədiklərini deyirlər. Teref.az moderator.az-a istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzünün artıq 10-cu günüdür. Paytaxt Kiyev də daxil olmaqla bir çox şəhərlərdə Rusiyanın hücumları davam etsə də, Ukrayna ordusu və xalqı müqavimət göstərməkdə davam edir.

Dünyanın bir çox ölkəsi Ukraynaya dəstək göndərdiyi halda, Rusiyaya kömək edən ölkələr də olub. Məsələn, Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov bu yaxınlarda Rusiya ordusuna dəstək üçün Ukraynaya çeçen qoşunlarını göndərib.

Kadırovun legitimliyini rədd edən çeçenlər Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşurlar. Ukraynada ruslara qarşı döyüşmək üçün çeçenlərin qurduğu “Şeyx Mənsur Batalyonu”nun komandiri Müslim Çeberlov Ukraynadakı müharibəni Çeçenistandakı müharibənin davamı kimi gördüklərini bildirib.

Rus ordusu ilə birlikdə döyüşən Ramazan Kadırovu isə çeçen olaraq görmədiklərini deyən Çeberlov, “onlar da rus və bizim düşmənimizdir”-deyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.