Ermənistanın yeni reallığa hazırlığı - NƏ BAŞ VERİR?

5-03-2022, 11:37           
Ermənistanın yeni reallığa hazırlığı - NƏ BAŞ VERİR?
“Hazırda real addımların şahidi olmasaq da, Paşinyanın sülh müqaviləsinə dair səsləndirdiyi bəyanatların intensivləşməsi bir irəliləyişdir”. Teref.az xəbər verir ki, bunu Ermənistanda baş verən siyasi proseslərin Azərbaycanla siyasi münasibətlərə təsirlərini dəyərləndirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində müxtəlif bəyanatlar səsləndirir və real addımlar atmaq niyyətini ortaya qoyur:

“Məlumdur ki, “Vətəndaş Müqaviləsi” Partiyasının namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan Ermənistanın 5-ci prezidenti seçildi. Ermənistanın bundan öncəki prezidenti Armen Sarkisyanın Paşinyanla müəyyən fikir ayrılıqları var idi. Nəhayət ki, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıq və İkinci Qarabağ Müharibəsindən sonrakı mövcud vəziyyətlə barışmayan Armen Sarkisyan istefa verdi. O artıq tarixin arxivinə çevrildi. Yeni prezident Vaaqn Xaçatryan isə Paşinyanın komandasına aid olan şəxsdir. Hazırda real addımların şahidi olmasaq da, Paşinyanın sülh müqaviləsinə dair səsləndirdiyi bəyanatların intensivləşməsi bir irəliləyişdir. Əslində, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan qüvvələr var idi. Həmin qüvvələr arasında Armen Sarkisyan da var idi. Ermənistan hakimiyyəti artıq Paşinyanın öz komandasından formalaşıb.

Hazırda Ermənistanda keçmiş Qarabağ klanına aid olan müxalif qüvvələrdən başqa sülh müqaviləsinin imzalanmasına maneçilik törədən şəxslər yoxdur. Düzdür, Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan kimi müxalif qüvvələr bundan sonra da əngəl törətməyə çalışacaqlar, amma hər bir halda, onların siyasi və ictimai nüfuzu çox aşağıdır. Çünki İkinci Qarabağ Müharibəsindən sonra Ermənistana rəhbərlik etmiş həmin şəxslərin yürütdükləri siyasətin kökündə şəxsi mənafələrinin durduğu açıq şəkildə məlum olub. Nəticədə həmin şəxslərin Ermənistan cəmiyyətinin yanında hörməti sıfıra enib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.