Rusiya Qərb sanksiyalarını pozmağı bacardı – Rus şirkətləri kütləvi şəkildə Çin banklarına üz tutur…

5-03-2022, 12:05           
Rusiya Qərb sanksiyalarını pozmağı bacardı –
Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiya Mərkəzi Bankı və 7 böyük bankını beynəlxalq pul köçürmələri sistemindən (SWIFT) çıxarması Rusiya ilə Çin arasında iqtisadi əməkdaşlığın yolunu açıb.

Çin banklarında hesab açmağa çalışan bir çox rus şirkəti bu yolla sanksiyaları pozmağa başlayıb. Məlumatlara görə, iqtisadi təsirlərə məruz qalan Rusiyanın 300 şirkəti Moskvadakı Çin banklarında hesab açmağa başlayıb.

Çin dövlət bankının Moskva filialında çalışan mənbələr bankın bu yöndə fəaliyyətini təsdiqləyiblər. Mənbələr son vaxtlar 200-300 şirkətin yeni hesablar açmaq üçün onlarla əlaqə saxladığını bildiriblər.

Çin banklarında hesab açmağa çalışan yüzlərlə rus şirkətinin Çin yuanı ilə ödəniş tələbinin artacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru