"Ruslar bunu ən dəhşətli kabuslarında belə görməyiblər” - Zelenski + VİDEO

5-03-2022, 17:53           
"Ruslar bunu ən dəhşətli kabuslarında belə görməyiblər” - Zelenski + VİDEO
“Düşmən görünməmiş sayda itkilər verir və Ukrayna ordusu bütün əsas əraziləri öz nəzarətində saxlayır. Eyni zamanda, müharibə başa çatdıqdan sonra ölkəmizi bərpa etmək üçün Qərbdən on milyardlarla dollar dəyərində yardım alacağımıza dair razılıq əldə olunub”.

Volodimir Zelenski Ukrayna xalqına ünvanlanmış yeni videomüraciətində belə deyib.

Ukrayna prezidentinin sözlərinə görə, hakimiyyət artıq müharibədən sonra bütün ukraynalıların gələcəyini, iqtisadiyyatı və şəhərləri necə dirçəltmək barədə düşünür.

44 yaşlı Volodimir Zelenski hazırda döyüş meydanında cərəyan edən son hadisələrə də toxunub.

“Xarkov yaxınlığında əks-hücum həyata keçirilir. Nikolayevin, Kiyevin, Çerniqovun, Sumının, Donbasın müdafiəsi həyata keçirilir. Biz işğalçılara elə itkilər yaşadırıq ki, onlar bunu ən dəhşətli kabuslarında belə görməyiblər. Rusiya ordusu planlaşdırılan xətlərə çıxa bilməyib, lakin əvəzində 10 min ölü rusiyalı əsgər alıblar, onların əksəriyyəti 18-20 yaşlı uşaqlardır. Bu əsgərlərə nə üçün döyüşdüklərini izah edə bilməyiblər. Rusiya bu insanlara ölümdən başqa şeylər də verə bilərdi”, - deyə Ukraynanın dövlət başçısı vurğulayıb.

{{widget-content-24646}}












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.