Putin: “Ukraynanın hava məkanının uçuşa bağlanmasına münaqişədə iştirak kimi baxacağıq”

6-03-2022, 00:08           
Putin: “Ukraynanın hava məkanının uçuşa bağlanmasına münaqişədə iştirak kimi baxacağıq”
Ukraynanın hava məkanının uçuşa bağlı zona elan edilməsinə silahlı münaqişədə iştirak kimi baxılacaq.

Teref.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkəsinin aviaşirkətlərinin qadın heyəti ilə görüşdə bildirib.

“Hazırda biz Ukrayna səmasının uçuşa bağlı zona elan olunması ilə bağlı fikirlər eşidirik. Bunu Ukraynadan deyil, yalnız qonşu dövlətlərin ərazilərindən etmək mümkündür. Bu istiqamətdə istənilən fəaliyyət tərəfimizdən hərbçilərimizə qarşı təhlükənin yaradılması cəhdi və həmin ölkənin silahlı münaqişədə iştirakı kimi qiymətləndiriləcək. Həmin andan etibarən biz buna onların münaqişədə iştirakı kimi baxacağıq. Onun hansı təşkilatın üzvü olmasının fərqi yoxdur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski NATO-dan ölkəsinin hava məkanının uçuşa bağlı zona edilməsini istəmişdi. NATO rəsmi Kiyevin bu istəyini təmin etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru