"Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir" - Britaniya kəşfiyyatı

23-04-2022, 12:08           
"Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir" -
Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir. Ona görə də Rusiya qoşunları son 24 saat ərzində ciddi irəliləyiş əldə etməyiblər.

Teref.az “Report”a istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Rusiya heç bir bölgədə hava məkanına nəzarəti bərqərar edə bilmədi. Bu da onların ciddi irəliləyiş əldə etmək imkanlarını azaldır”, - məlumatda bildirilib.

Vurğulanıb ki, Mariupolda şiddətli döyüşlər davam edir: Rusiya hakimiyyəti Mariupolu nəzəratə aldıqlarını deyirlər. Amma şəhərdə şiddətli döyüşlər davam edir. Bu, Rusiyanın Donbasdakı hücumunu da ləngidir”.

Xatırladaq ki, bundan əvvəl Rusiya qoşunlarının Donetsk istiqamətində bütün təmas xətti boyunca irəlilədiyi deyilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru