Erməni ekspert: “Moskva üçün arzuolunmaz nəticə Cənubi Qafqazı tərk etmək təhlükəsi yaradacaq”

7-05-2022, 12:27           
Erməni ekspert: “Moskva üçün arzuolunmaz nəticə Cənubi Qafqazı tərk etmək təhlükəsi yaradacaq”
“Qərb məsələni öz əlinə alır. Putin dünyanı bir faktla qarşı-qarşıya qoydu, bizə qarşı 44 günlük müharibəyə başladı, amma indi geri qayıdacaqlar, sadəcə olaraq Rusiya-Ukrayna müharibəsi bunu təxirə saldı və ya ikinci plana keçirdi”. Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Hakob Çakryan deyib.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri ABŞ-a gedib və Blinken bu yaxınlarda bəyan edib ki, ABŞ Ermənistan-Azərbaycan müharibəsinin yenidən başlamasına imkan verməyəcək.

“Deməli təhlükə var ki, ABŞ bənzər bəyanatla çıxış edir. Amerikalıların kəşfiyyatı var, onlar peykin arxasındadırlar. Buna görə də Mirzoyan-Blinken görüşünün nə verəcəyini gözləmək lazımdır. Hər şeydən asılı olmayaraq, o görüş təqdirəlayiqdir, çünki bu, Moskvaya ən azı haradasa Ermənistanın o qədər də evsiz olmadığını göstərir. Yəni istədiyini edən Putin bir daha etməyəcək. Moskvada keçirilən ilk görüşdən sonra Rusiya xarici işlər nazirinin müavini Rudenko Ruben Rubinyana zəng edib. Təbii olaraq nə danışdıqlarını bilmirik, amma belə zəngin hansısa məqsədi olmalıdır, yəqin nəsə tapşırıb”, - deyə Çakryan qeyd edib.

Erməni ekspert vurğulayıb ki, Ukraynadakı müharibənin Moskva üçün arzuolunmaz nəticəsi olarsa, onun qarşısında Cənubi Qafqazı tərk etmək təhlükəsi dayanacaq.

“Hər halda ümid edirəm ki, Rusiya uduzacaq. Artıq məğlub olub, çünki yalnız şəhərlər dağıdılıb, insanlar öldürülüb, hərbi uğur da yoxdur. İndi Moskva bütün Ukraynanı işğal etmək, bu müharibədən şərəflə çıxmaq, utanmamaq haqqında düşünmür. Amma bu, artıq biabırçılıqdır, çünki bir ölkənin lideri hərbi cinayətkar sayılırsa və ya insanlığa qarşı cinayətdə, soyqırımda ittiham olunursa, bu, biabırçılıqdır. Sonda Xabarovskdan tutmuş Moskvaya qədər rus xalqı ayağa qalxacaq”, - deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.