Erməni blogerdən SƏRT SÖZLƏR: "Kasıb ermənilər daha övladlarını müharibəyə göndərməyəcək" - VİDEO

8-05-2022, 00:01           
Erməni blogerdən SƏRT SÖZLƏR:
"Döyüşmək istəyirsiniz? O zaman Robert Koçaryanın uşaqları, Serj Sarqisyanın qardaşı oğulları müharibəyə getsin. Döyüşmək istəyirsiniz? Arşavir Qriqoryanın oğlu döyüşə getsin".

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur erməni bloger Roman Baqdasaryan sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib:

"Onların məmur ataları ucbatından bir nəfər də olsun ölmədi. Varlı adamlardan heç biri müharibəyə oğlunu göndərmədi. Yoxsul və kasıb ailələrin uşaqları daha müharibəyə getməyəcək. Bunu birdəfəlik ağlınıza yazın".

Bloger qondarma rejimin rəhbəri Arayik Arutyunyana da sərt ismarıclar göndərib:

"Xankəndinin zirzəmisində oturacaqsan, kasıb ailələrin uşaqları müharibəyə gedəcək? Artıq kifayət deyil? 34 ildir ki, kasıb ailələrin uşaqlarını öldürürük. Nə üçün? Bundan sonra belə olmayacaq. Robert Koçaryanın oğulları bizneslərindən "Artsax"a sərmayə qoyublar? Onlar həlak olanların ailələri üçün nə etdi? İzləyicilərdən yardım toplayan, yaralılara və ölənlərin ailələrinə kömək edən bizik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru