“Putunin əxlaqsız və qanunsuz müharibəsində iştirak etməkdən çəkinin…”

8-05-2022, 08:53           
“Putunin əxlaqsız və qanunsuz müharibəsində iştirak etməkdən çəkinin…”
“Cənab Medvedev, mənə təqdim etdiyiniz Rusiya medalını geri qaytarıram, xahiş edirəm onu bu ədalətsiz müharibədə oğlunu itirən rus anasına verin…”

Amerikalı astronavt rusiyalılara Ukraynada “düzgün vuruşmağı” öyrədir…

Amerikalı astronavt Skott Kelli rusiyalılara Ukraynada hərbi əməliyyatları “düzgün aparmağı” öyrətməyə başlayıb. O, rus dilində iki yazı dərc edib, sonuncusu donanmada qulluq edənlərə həsr edilib.

Sozcu.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Əziz rusiyalı dənizçilər, mənim anladığım qədər, bəziləriniz necə vicdanla hərəkət etməkdə və
Putinin əxlaqsız və qanunsuz müharibəsində iştirak etməmək üçün öz hərbi gəminizi sıradan çıxarmaqda maraqlısınız”, – Kelli belə yazıb.

Daha sonra o, gəmini necə yararsız hala salmaq üçün bir neçə məsləhət verib. Kelli yandırma, batırma və naviqasiya avadanlığını zədələmə variantlarını müfəssəl təsvir edib.

“Ukrayna həqiqətən Rusiya gəmilərini batırmaq və yaxınlarınızı məhv etmək üçün imkanlara malikdir. Yadda saxlayın ki, sizə əziz olan insanlar ciddi təhlükə altındadır. Xahiş edirəm bu məlumatı bölüşün. Yardıma görə çox sağ olun”, – astronavt öz “təlimat”ını bu sözlərlə bitirib.

Mayın 5- də Kelli analoji təlimatı tankçılara həsr edib.

Amerikalı astronavt Skott Kelli dörd kosmik uçuşların iştirakçısı, orbitdə olmaq müddətinə görə (340 gün) rekordsmendir.

O, fəal surətdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı çıxıb. Kelli artıq ukraynalılara dəstək üçün 500 min dollardan artıq vəsait toplayıb. 12 aprel Kosmotavtika günündə o, NFT (Non Fungible Token- mübadilə edilməyən token- red.) şəkillərini “Bu dünyadan arzular” adı altında hərraca çıxarıb.Əldə edilən gəlirlər müharibədən zərər çəkən ukraynalılara veriləcək.

12 aprel 2011- ci ildə Kelli Rusiyanın o zamankı prezidenti Dmitri Medvedevdən “Kosmosun fəth edilməsinə görə” Rusiya medalı alıb. Bu ilin martın ayının 9- da astronavt medalı bu sözlərlə geri qaytarıb:

“Cənab Medvedev, mənə təqdim etdiyiniz Rusiya medalını geri qaytarıram. Xahiş edirəm onu bu ədalətsiz müharibədə oğlunu itirən rus anasına verəsiniz”.moderator












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.