“Vahid Avropa evi xəyalı puç oldu” - Almaniya prezidenti

9-05-2022, 07:53           
“Vahid Avropa evi xəyalı puç oldu” -
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bazar günü Berlində Alman Həmkarlar İttifaqları Assosiasiyasının qurultayında çıxış edib.

O, 77 il əvvəl Almaniyanı nasizmdən azad edən Qərb və Şərqdəki müttəfiqlərə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, indiyədək siyasətçilər Avropada bir daha müharibənin olmaması üçün çalışıblar.

“Mixail Qorbaçov bizə vahid Avropa evi yaratmaq perspektivini verdi. Amma bu gün vahid Avropa evi xəyalı puç oldu və onun yerini yeni kabus aldı. Bu gün mayın 8-i müharibə günüdür”, - deyə Almaniya prezidenti Ukrayna müharibəsini nəzərdə tutaraq bəyan edib.

O, Avropanın bu müharibəyə münasibətdə həmrəy olduğunu da diqqətə çatdırıb.

“Həmrəylik həm də Aİ tarixində heç vaxt tətbiq etmədiyimiz radikal sanksiyalar vasitəsilə Rusiyaya təzyiq göstərməkdir”, - Ştaynmayer əlavə edib. (Mənbə: TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru