Britaniyadan Rusiya və Belarusa qarşı SƏRT SANKSİYA

9-05-2022, 09:12           
Britaniyadan Rusiya və Belarusa qarşı SƏRT SANKSİYA
Böyük Britaniya hökuməti Rusiya Federasiyası və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

Publika.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb .

Qeyd olunub ki, ticarət məhdudiyyətləri 2,1 milyard dollar ziyana səbəb olacaq.

London gözləyir ki, yeni sanksiyalar Rusiyanın Ukraynaya qeyri-qanuni işğalının başlamasından bəri tam və ya qismən idxal və ixrac sanksiyalarına məruz qalan malların ümumi dəyərini təxminən 5 milyard dollara çatdıracaq.

Yeni idxal rüsumları Rusiyanın asılı olduğu platin və palladium da daxil olmaqla 1,73 milyard dollarlıq malları əhatə edəcək. Bundan əlavə, dəyəri 308 milyon dollardan çox olan kimyəvi maddələr, plastik, rezin və ağır texnikanın ixracına qadağa qoyulub.

"Biz Putinin Ukraynadakı məqsədlərinə mane olmaq və onun qanunsuz işğalını dayandırmaq üçün mümkün olan hər şeyi etməyə qərarlıyıq. Bu uzaqgörən sanksiyalar paketi Rusiya hərbi maşınına daha çox ziyan vuracaq. Bu, Rusiyanın davranışından dəhşətə gələn və Putini kursu dəyişməyə inandırmaq üçün iqtisadi gücümüzdən istifadə etmək əzmində olan bir çox ölkələrin daha geniş əlaqələndirilmiş səylərinin bir hissəsidir", - Beynəlxalq Ticarət üzrə Dövlət Katibi Anne-Mari Trevelyan bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.