DWN: “NATO-nun genişlənməsi mənasız və təhlükəlidir”

9-05-2022, 11:43           
DWN: “NATO-nun genişlənməsi mənasız və təhlükəlidir”
“Neytral Avstriya, İsveç və Finlandiya NATO-ya üzv olmaqla təhlükəsizliyini gücləndirəcəklərinə ümid etməklə aldanıblar”. AzVision.az xəbər verir ki, bu barədə “Deutsche Wirtschafts Nachrichten” nəşrinin jurnalisti Ronald Barazon yazdığı məqalədə bildirib. Ukrayna böhranı başlayandan sonra üç ölkə alyansa qoşulmaq istəyini bildirib. Müəllif bu cür arzuların səbəblərini təşkilatın “qoruyucu çətiri altına düşmək” istəyi və müttəfiqlərin onlar uğrunda mübarizə aparacağına dair illüziya ümidləri adlandırıb: “Görünür, heç kim NATO müqaviləsini oxumur. NATO nizamnaməsində qeyd edilmir ki, NATO üzvünə edilən hücum dərhal hərbi hücumla müşayiət olunur. Müttəfiqlər öz mülahizələri əsasında yardım göstərə bilərlər. Məsələn, məsləhətlə məhdudlaşa bilər. Alyansa üzvlük öz müdafiə səylərini əvəz etmir, ancaq onları tamamlayır”.

Barazon ABŞ-ın artıq dünyanın jandarmı olmaq istəmədiyini və özünə birbaşa təhlükə olmadığı təqdirdə hərbi qarşıdurmaya girməyəcəyini vurğulayıb. Belə ki, Vaşinqton İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın “Pearl Harbor”a hücumundan sonra müharibəyə başladı: “NATO üzvü olmayan ölkələrin müdafiə ittifaqına qəfil həvəs göstərməsi, prinsipcə, tamamilə absurddur”.

Digər şeylərlə yanaşı, NATO-ya üzvlük həm də öhdəliklər qoyur. Beləliklə, blok üzvləri müttəfiqlərə yardım göstərməli və alyansın xüsusi əməliyyatları da daxil olmaqla qaynar nöqtələrə qoşun göndərməli olacaqlar. Barazon onilliklər ərzində neytral qalan ölkələrin döyüş itkilərinin görünüşünə necə reaksiya verəcəyi barədə bu ölkələrə də sual ünvanlayır.
Jurnalist bildirib ki, Avstriya, İsveç və Finlandiya artıq neytral ölkələr deyil. Çünki Avropa İttifaqının müqaviləsinə görə, assosiasiya müdafiə xarakterlidir və onun hər bir üzvü güclü silahlı qüvvələrə malik olmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.