Erməni politoloq: “Vaşinqton, Brüssel və London Qarabağı Azərbaycanın bir hissəsi kimi görürlər”

9-05-2022, 12:54           
Erməni politoloq:
Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanda baş verənlər ölkənin daxili işidir, lakin Moskva vəziyyətin tezliklə nizamlanmasında maraqlıdır. Ordu.az-ın məlumatına görə, erməni politoloq Alen Gevondyan bildirib ki, burada geridönməzlik məsələsi var.

Onun sözlərinə görə, Rusiya faktiki olaraq bəyan edib ki, Ermənistanda siyasi qeyri-sabitlik olduğu və daxili konsensus olmadığı müddətcə, Ermənistan-Azərbaycan nizamlanması məsələsində irəliləyiş əldə oluna bilməz.

“Bu isə o deməkdir ki, küçələrə çıxan müxalifət küçələrdə güc qazanmağa yox, Qarabağda dönməzlik həddinə çatmağa hazırlaşan hakimiyyətə müqavimət göstərmək problemini həll edir. Yeri gəlmişkən, aydındır ki, rəsmi Bakı, Ankara, İrəvan, eləcə də Vaşinqton, Brüssel və London bu məsələdə həmfikirdirlər, yəni Qarabağı Azərbaycanın bir hissəsi kimi görürlər”, - deyə Gevondyan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru