"Niyə Azərbaycan bayrağını yandırdınız, uşaqları gətirməyə qoymadınız?" - Əsir atasından daşnaklara İRAD

9-05-2022, 18:38           
 "Niyə Azərbaycan bayrağını yandırdınız, uşaqları gətirməyə qoymadınız?" -
Azərbaycanda saxlanılan erməni hərbçilərin valideynləri müxalifət yürüşünün Gümrü istiqamətində hərəkət etdiyi yolu bağlayıb.

Teref.az-ın KONKRET.az-a istinadla məlumatına görə, hərbçilərin yaxınları müxalifətçiləri daxili siyasi vəziyyəti gərginləşdirməkdə və danışıqlara mane olmaqda ittiham edirlər.
Onların fikrincə, müxalifətin radikal bəyanatları və hərəkətləri Ermənistanla Azərbaycan arasında yekun sülh bağlanması prosesinə, o cümlədən hərbi qulluqçuların geri qaytarılmasına mənfi təsir göstərir.
Həbsdə olan hərbçilərdən birinin atası ilə Daşnaksütyun üzvü Qeqam Manukyan arasında maraqlı dialoq baş tutub.

“Mən əsir atasıyam, oğlum il yarımdır ordadır. Niyə siz Azərbaycan bayrağını yandırdınız, imkan vermədiniz ki, uşaqları gətirsinlər?”, – deyə kişi müxalifətçi deputata sual verib.

“Paşinyan çıxıb dedi ki, heç nə, əsirlərimiz daha iki ay gözləsin. Biz də susduq. Bu qədər vaxt keçdi, dayı, artıq il yarımdır”, – deyə deputat günahı Paşinyanın üzərinə atmağa çalışıb.

Lakin əsirlərin yaxınları Azərbaycanın hələ də erməni hərbçilərini geri qaytardığını bildiriblər.
Onlar müxalifəti Azərbaycan bayrağını yandırmaqla faktiki olaraq 38 hərbi əsiri geri qaytarmaq prosesini pozmaqda ittiham edirlər.
Deputat Manukyan isə cavabında “daşnakların 30 il Azərbaycanın bayraqlarını yandırdığını, ancaq erməni əsgərlərinin əsir götürülmədiyini” bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.