Putin sadəcə vəhşidir...- Beslan faciəsinin iştirakçısı danışır FOTO

10-05-2022, 00:00           
Putin sadəcə vəhşidir...- Beslan faciəsinin iştirakçısı danışır FOTO
“2004-cü ildə mən Beslandakı əsirləri azad etməyə cəhdin əlaqələndiricilərindən biri oldum. O zaman Aslan Məshədov Putinə əsirlərin azad edilməsi üçün öz təklifini göndərdi. O, sadəcə olaraq Beslana girməsi və çıxması üçün ona təhlükəsiz dəhlizin təmin edilməsini istədi. Məshədova bu imkan verilmədi. Bir sutka sonra Məshədov dedi ki, ona Beslandan çıxmaq üçün təhlükəsiz dəhliz lazım deyil. O, sadəcə, uşaqları xilas etmək üçün Beslana girməyə zəmanət istəyirdi və bundan sonra özünü hətta hərbçilərə təslim etməyə də hazır idi."
Teref.az yazır ki, bunu Beslan əməliyyatı zamanı Putinin məsləhətçisi olmuş, hal hazırda siyasi mühacirətdə olan Andrey İllarionov yazır. daha sonra Andrey İllarionov yazlr:
"Bu təklifə də Putin “yox” dedi. Sonda o, heç nədən, heç bir təhlükəsiz dəhlizdən asılı olmayaraq, Beslana girəcəyini və uşaqları xilas edəcəyini bildirdi. Bu informasiya gələndən bir, ya da iki saat sonra rus ordusu Beslana hücuma başladı. Çox güman ki, onlar Məshədovun gəlib, insanları xilas edəcəyindən qorxurdular. Mən onların arasındakı danışıqlarda vasitəçi olduğuma görə kimin hansı mövqedə olduğunu, Məshədovun hansı təklifləri göndərdiyini və Putinin onlara nə cavab verdiyini yaxşı bilirdim. 3 sentyabrda əsirlərin kütləvi şəkildə öldürülməsindən sonra mən öz vəzifəmdən istefa vermək qərarına gəldim”... "
Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov
Teref.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru