Ukraynalılar Putinin planını məhv etdi

10-05-2022, 08:32           
Ukraynalılar Putinin planını məhv etdi
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə əminliyini ifadə edib.

Axar.az xəbər verir ki, o, bu barədə İkinci Dünya Müharibəsində nasizm üzərində qələbə münasibətilə müraciətində deyib.

Conson Rusiya ilə müharibədə cəsarətlə müqavimət göstərən və öz torpaqlarında sülh və azadlıqdan başqa heç nə istəməyən ukraynalılara dəstəyini ifadə edib:

"Mən heç vaxt Ukraynanın qalib gələcəyinə bu qədər əmin olmamışdım. Ukrayna azad olacaq və suveren Ukrayna yenidən ayağa qalxacaq".

Conson qeyd edib ki, ukraynalılar Kiyevə hücumu dəf ediblər və Rusiya Prezidenti Vladimir Putinin planını məhv ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru